“Çelsi” klubu baş məşqçisi Tomas Tuxellə müqaviləsinin müddətini uzadıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, alman çalışdırıcının sözləşməsinin müddəti 2024-cü ilin yayına qədər artırılıb.
Xatırladaq ki, “Çelsi” Premyer Liqada mövsümü 4-cü sırada bitirib və Çempionlar Liqasında 2020/21 mövsümünün qalibi olub.