"Çelsi" klubu müdafiəçisi Tiaqo Silva ilə müqavilənin müddətini uzadıb.

Offsideplus.az xəbər verir ki, 36 yaşlı braziliyalı futbolçu ilə müqavilənin daha bir mövsüm uzadılması seçimi aktivləşdirilib.

Qeyd edək ki, T.Silva ötən ilin avqustundan London təmsilçisində çıxış edir.