"İnter"dən ayrılan Antonio Konteni "Tottenhem" baş məşqçi kimi gətirmək istəyir.

Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. Onun sözlərinə görə, London təmsilçisi italiyalı mütəxəssislə danışıqlara başlayıb. Klub və baş məşqçi arasında gələn mövsüm üçün proyekt, müqavilə və maaş məsələləri müzakirə edilir.

Qeyd edək ki, "Tottenhem"in baş məşqçi kimi digər namizədi Maurisio Poçettinodur. Lakin PSJ argentinalı çalışdırıcını buraxmaq niyyətində deyil.