"Lester" türk futbolçuya ehtiyac duymayıb.
Offsideplus.az xəbər verir ki, Cengiz Ündər növbəti mövsümdə "tülkülər"in şərəfini qorumayacaq. Buna səbəb İngiltərə təmsilçisinin 23 yaşlı yarımmüdafiəçini transfer etmək istəməməsidir. Belədə milli üzvü müqavilə ilə məxsus olduğu "Roma"ya qayıdacaq. Cengizin gələcəyi ilə bağlı qərarı isə Joze Mourinyo verəcək.
Qeyd edək ki, Ündər "Lester"in heyətində bütün yarışlarda 19 oyunda 2 qol vurub.