"Mançester Siti" klubunun argentinalı hücumçusu Serxio Aquero komanda ilə vidalaşıb.
Offsideplus.az xəbər verir ki, bununla bağlı 32 yaşlı forvard özü paylaşım edib:
“Komandamdan və uzun illər bu klubun rənglərini qorumaqdan qürur duyuram. "Mançester Siti" sonsuza qədər ürəyimdədir".
Qeyd edək ki, Aqueronun Mançester təmsilçisi ilə müqaviləsi bu yay başa çatır. Onun "Barselona" ilə 2 illik müqavilə imzalayacağı gözlənilir.