"Çelsi" klubunun baş məşqçisi Tomas Tuxel yaxın zamanda "zadəganlar"la yeni müqavilə imzalayacaq.
Offsideplus.az xəbər verir ki, 47 yaşlı mütəxəssis London təmsilçisinin rəhbərliyi ilə görüşəcək. Alman mütəxəssislə müqavilənin müddətinin 2023-cü ilin iyununa kimi uzadılacağı planlaşdırılır.
Qeyd edək ki, Tuxel yanvardan "Çelsi"ni çalışdırır.