ÇL finalında ötən gecə zədələnərək zədələnərək meydanı tərk edən Kevin de Brüynenin son durumuna aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, "Çelsi"nin futbolçusu Antonio Rüdigerlə toqquşaraq üzündən xəsarət alan 29 yaşlı yarımmüdafiəçi dərhal xəstəxanaya aparılıb. Belçikalı oyunçunun burnu və sol orbitalı qırılıb.
Qeyd edək ki, meydanı gözünün altı qaralaraq tərk edən de Brüyne 60-cı dəqiqədə Qabriel Xesusla əvəzlənmişdi.