"Mançester Yunayted"in heyətinə qatmaq istədiyi Hakan Çalhanoğlu ilə daha bir İngiltərə klubu maraqlanır.
Offsideplus.az "Calciomercato"ya istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi "Liverpul"un hədəfindədir. Klub nümayəndələri türkiyəli ulduzun meneceri ilə danışıqlara başlayıb. "Mersisayd təmsilçisi Hakanı azad agent kimi transfer etməyi planlaşdırır.
Qeyd edək ki, iyun ayında "Milan"la müqaviləsi başa çatan Çalhanoğlu Qətərin "Əl-Duhail", İtaliyanın "Yuventus" klublarının hədəfindədir.