Maurisio Poçettinonu 3 klub baş məşqçisi kimi görmək istəyir.

Offsideplus.az "Goal"a istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis Fransa Liqa 1-də çempionluğu "Lill" klubuna əldən verərək xəyal qırıqlığı yaşatdı. Hazırda 3 klub argentinalı çalışdırıcını komandanın başına gətirmək arzusundadır. 

Zinədin Zidanla yollarını ayıran "Real" bu komandalar arasındadır. "Kral klubu" Antonio Konte ilə yanaşı, Poçettino da əlaqələr saxlamağa davam edir. İngiltərənin "Tottenhem" klubu da Maurisionu geri qaytarmaq istəyir. 

3-cü klub isə PSJ-dir. Belə ki, Paris təmsilçisi baş məşqçisinə daha bir şans verməyi planlaşdırır.