Niderland Erediviziyası klubu "Fortuna Sittard"dakı hissələrini satan Acun Ilıcalı istiqamətini İniltərəyə çevirib. 

Offsideplus.az "Hurriyyet"ə istinadən xəbər verir ki, məşhur aparıcı Çempionşipə yüksələn "Hall Siti" ilə maraqlanır. Acun artıq klubun nümayəndələri ilə görüşüb. İlk görüşün yaxşı keçdiyi bildirilib.

Qeyd edək ki, 2010-cu ildə Assem Allam Premyer Liqanı tərk edən klubu satın alıb. Allamın oğlu Ehabın sosial şəbəkə hesabında Acunu izləməsi diqqət çəkib.