İngiltərə Premyer Liqasının sonuncu turunda "Mançester Siti" "Everton"a 5:0 hesabı ilə qalib gəlib.

Offsideplus.az xəbər verir ki, oyundan sonra fikirlərini bölüşən "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola Serxio Aqueronun komandadan ayrılmasına söz gəlincə, göz yaşlarına qərq olub:

"O bizim üçün çox xüsusi insandır. Gözəl xasiyyəti var, mənə çox kömək etdi. Onu əvəzləyə bilmərik, sadəcə edə bilmərik. Bu klubda Co Hart, David Silva kimi komandaya kömək edən bir çox futbolçular olub. Aqueronun karyerasını qurmağa yardım etdik, o isə 20 dəqiqədə öz keyfiyyətini göstərdi".