Türkiyə millisinin də üzvü olan Ozan Kabak icarə əsasında çıxış etdiyi "Liverpul"da qalmaq istəyir.
Offsideplus.az xəbər verir ki, bu barədə futbolçu özü məlumat yayıb.
21 yaşlı müdafiəçi İngiltərə təmsilçisinin formasını geyindiyi üçün qürur hissi keçirdiyini bildirib.
Qeyd edək ki, müqavilə ilə "Şalke"yə məxsus olan Kabak yanvardan icarə əsasında "Liverpul"da oynayır.