Nemanya Matiç "Mançester Yunayted"i tərk etməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, serbiyalı futbolçu komandadakı durumundan razı deyil. 32 yaşlı yarımmüdafiəçi çoxsaylı təklifləri göz önünə gətirib, İngiltərəni başqa ölkəyə dəyişməkdə israrlıdır. Ən sərfəli yer isə "Roma" görünür. "Canavarlar" Matiçi heyətə qatmaq üçün "qollarını çırmalayıb".
Qeyd edək ki, "qırmızı şeytanlar"la 2023-ün yayına qədər müqaviləsi olan Nemanya cari mövsümdə bütün yarışlarda 35 oyunda meydana çıxıb.