Mançesterdə tanınmış futbolçunu sosial şəbəkələrdə təhqir edən 8 azarkeş saxlanılıb, daha 4 nəfər dindirilərək sərbəst buraxılıb.
Offsideplus.az "Daily Star"a istinadən xəbər verir ki, aprelin 11-də baş tutan "Mançester Yunayted" - "Tottenhem" qarşılaşmasında (3:1) qonaqların futbolçusu Son Xın Min yerli fanatların rasizm təhqirlərinə məruz qalıb. Sosial şəbəkələr üzərindən edilmiş təhqirlərin kimlər tərəfindən yazıldığı araşdırılaraq tapılıb. Anonim internet istifadəçiləri məsuliyyətdən yayına biləcəklərini düşünsələr də, buna nail ola bilməyiblər.
Müstəntiq Mett Simpson açıqlama verərək bu cür hallara xüsusi nəzarət yetirəcəklərini, sosial şəbəkələrdə təhqirlərə yol verənlərin məsuliyyətə cəlb olunacaqlarını deyib.
Qeyd edək ki, Son son Premyer Liqa mövsümündə meydana çıxdığı 36 qarşılaşmada 17 qol vurub, 10 məhsuldar ötürmə verib.