İngiltərə Futbol Yazarları Birliyi ölkədə 2020/2021-ci illər mövsümünün ən yaxşı futbolçusunu seçib.

Offsideplus.az xəbər verir ki, səs çoxluğuna əsasən "Mançester Siti"nin futbolçusu Ruben Diaz hər kəsi qabaqlayıb.

24 yaşlı portuqaliyalı müdafiəçi səsvermədə komanda yoldaşı Kevin de Brüyne və "Tottenhem"in hücumçusu Harri Keyni qabaqlayıb.

Qeyd edək ki, Diaz ötən il 68 milyon avro sərbəstqalma məbləği qarşılığında "Benfika"dan "şəhərlilər"in heyətinə cəlb olunub.