"Liverpul" 60 milyonluq transferə hazırlaşır.

Offsideplus.az "The Times"a istinadla xəbər verir ki, Yurgen Klopp "Benfika"nın yarımmüdafiəçisinin sərəncamında görmək istəyir və bu barədə rəhbərliyə məlumat verib. Portuqaliya çempionatında çıxış edən Pedru Qonsalveşin özü də İngiltərə Premyer Liqasında oynamaq istəyir. Yeganə əmma 22 yaşlı futbolçunun qiymətinin çox - 60 milyon avro olmasıdır. Mersisaydlılar məbləği aşağı salmaq yönündə çalışır. 

Qeyd edək ki, Pedru cari mövsümdə "Benfika"nın heyətində 31 oyunda 20 qol vurub.