Teo Uolkott daha iki il "Sauthempton"un şərəfini qoruyacaq.
Offsideplus.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçinin müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.
"Everton"dan icarəyə götürülən futbolçunun komanda ilə sözləşməsi iyun ayına qədər idi.
Qeyd edək ki, Uolkott "Sauthempton"un yetirməsidir. O, 16 yaşında bu klubun əsas komandasında debüt edib.