Roy Hocson mövsümün sonu "Kristal Pelas" klubundan ayrılacaq.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 74 yaşlı mütəxəssis 45 illik məşqçilik karyerasına son vermək qərarına gəlib. 2017-ci ildən "Kristal Pelas"a rəhbərlik edən Hocsonun Premyer Liqadakı iki görüşü onun üçün sonuncu olacaq.

Qeyd edək ki, "Kristal Pelas" mayın 19-da "Arsenal", mayın 23-də isə "Liverpul"la qarşılaşacaq.