"Lester" futbolçusu Daniel Amartinin hərəkətinə görə "Çelsi"dən üzr istəyib.
Offsideplus.az "Sky Sports"a istinadla xəbər verir ki, "tülkülər" bu məqsədlə London təmsilçisinə məktub göndərib. "Çelsi" tərəfi isə rəqibin səhvini etiraf etdiyini nəzərə alaraq məsələyə anlayışla yanaşıb. Həmçinin 26 yaşlı futbolçu ilə söhbət edilib, səbəbkar səhvini başa düşüb.
Qeyd edək ki, İngiltərə kubokunun final görüşü çərçivəsində baş tutan oyundan sonra "Lester"li Amarti rəqib kluba məxsus vımpeli əlinə götürüb qeyri-etik jest etmişdi.
The disrespect from Daniel Amartey ?
— ESPN FC (@ESPNFC) May 15, 2021
(via lawestt_/IG) pic.twitter.com/yfuxkOmFri