"Arsenal" baş məşqçisi Mikel Artetanı saxlayacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb. 39 yaşlı mütəxəsiss "topçular"ı tərk etməyəcək. Klub rəhbərliyi transferlər və yeni müqavilələri ispaniyalı çalışdırıcı ilə məsləhətləşərək həyata keçirmək istəyir.
Qeyd edək ki, Mikel Arteta 2019-cu ildən "Arsenal"ın sükanı arxasına keçib. London təmsilçisi hazırda turnir cədvəlində 9-cu pillədədir.