İngiltərə Premyer Liqasının 36-cı turunda "Mançester Yunayted" "Lester"i qəbul edib. 

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" "tülkülər"ə 1:2 hesabı ilə məğlub olub. 66-cı dəqiqədə Çağlar Söyüncünün qolu, "Lester"ə qələbə qazandırıb.

Qeyd edək ki, bu məğlubiyyətdən sonra "Mançester Yunayted" çempionluq yarışında bütün şanslarını itirib. Belə ki, Xosep Qvardiolanın "Mançester Siti"si ən yaxın izləyicisi olan Sulşerin komandasını 10 xalla qabaqlayır.

 Oyunun icmalını təqdim edirik:

"Mançester Yunayted" - "Lester Siti" 1:2 (M.Qrinvud, - 15. L.Tomas, 10. Ç.Söyüncü, 66.)