"Fulhem" klubu növbəti mövsümdən İngiltərə Premyer Liqasında olmayacaq.

Offsideplus.az xəbər verir ki, komandanın 35-ci turda "Börnli"yə 0:2 hesablı məğlubiyətindən sonra elitanı tərk edəcəyi dəqiqləşib. Hazırda 27 xalı olan "Fulhem" son üç turda qalib gəlsə belə, Premyer Liqada qalmağa imkan verən 17-ci pillədəki "Sauthempton"a (37 xal) çata bilməyəcək.

Beləliklə, London təmsilçisi İngiltərə futbolunun elitasına qayıtdıqdan sonra ilk mövsümündə yüksək liqanı tərk edib.