"Mançester Yunayted"in ulduzu Pol Poqba keçirdiyi ən unudulmaz matçın adını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "Twitch"də canlı yayıma qatıldığı proqramlardan birində bu barədə danışıb. Fransalı oyunçu "Səfərdə ən yaxşı atmosfera olan matç?" sualına, belə cavab verib: "Bir çox stadion var, xüsusən də Dortmund... Amma hamısından birincisi "Fənərbağça"ya qarşı oyundur. İsinmə hərəkətlərinə başladığım andan final fitinə qədər çox həyəcanlı keçdi. Belə bir şey heç görməmişdim".

Poqba "Old Trafford"da 4:1 hesabı ilə qalib gəldikləri və özünün dubl etdiyi oyunu ən unudulmaz matç hesab etdiyini də qeyd edib.

Xatırladaq ki, İstanbuldakı görüşdə "Fənərbağça" "Mançester Yunayted"ə 2:1 hesabı ilə qalib gəlib.