"Arsenal" "Ayaks"ın qapıçısı Andre Onananın transferində maraqlıdır.
Offsideplus.az "Goal"a istinadla xəbər verir ki, "topçular" 25 yaşlı qolkiperi heyətinə qatmaq istəyir. Lakin bu, bir şərtlə: İdman Arbitraj Məhkəməsi Onananın cəzasının bitmə müddətini 2022-ci ilin fevralından bu ilin oktyabrına qədər azaltsa. Futbolçunun apellyasiya şikayətinə iyunda baxılacaq və son qərar qəbul olunacaq.
"Ayaks" qapıçısını 12 milyon avroya satmağa hazır olsa da, ingilislər 7 milyon təklif edir.
Qeyd edək ki, Onananın dopinq-testində furosemid aşkarlandığına görə bu ilin fevralında 1 illik futboldan uzaqlaşdırılmışdı.