Qatı "Mançester Yunayted" azarkeşləri klubun sponsoru qismində qleyzerləri görmək istəmir.

Bununla bağlı bir neçə dəfə narazılıqlarını dilə gətirən fanatlar mayın 2-də "Liverpul"la oyundan əvvəl stadiona daxil olub etiraz səslərini ucaltdılar ki, 34-cü turun görüşü qeyri-müəyyən vaxta təxirə salındı. 

Offsideplus.az "The Guardian"a istinadla xəbər verir ki, milyarder qleyzerlər ailəsi "Mançester Yunayted"dən getmək və ya klubu satmaq niyyətində deyil. Əksinə, klubun 3 milyon funt-sterlinqlik dəyərini yaxın illər ərzində 7 milyarda artırmaq istəyirlər. Klubun sahibləri azarkeşlərin səs-küyünü müvəqqəti hesab edir. 

Qeyd edək ki, qleyzerlər ailəsi "Mançester Yunayted"ə 2005-ci ildən rəhbərlik edir.