"Vest Hem" heyətini hücumçu ilə gücləndirmək istəyir.
Offsideplus.az "Football London"a istinadla xəbər verir ki, "çəkicdöyənlər" "Çelsi"nin forvardını hədəf seçib. Temmi Abrahamın yayda satılacağını nəzərə alsaq, "Vest Hem"in istəyi başadüşüləndir. Lakin klub rəhbərliyi ingiltərəli forvarda görə 50 milyon avrodan artıq ödəmək niyyətində deyil. "Çelsi"ninsə 23 yaşlı futbolçunu ən pis halda bu qiymətə satacağı gözlənilir.
Qeyd edək ki, Abraham cari mövsümdə "Çelsi" formasıyla meydana çıxdığı 32 matçda 12 qol vurub, 4 məhsuldar ötürmə verib.