İngiltərə Premyer Liqasının 34-cü turunda maraqlı hadisə baş verib.

Offsideplus.az xəbər verir ki, "Sauthempton" - "Lester" qarşılaşmasının (1:1) 29-cu dəqiqəsində qonaqların müsəlman futbolçusu iftarını açmaq üçün meydanın kənarına yaxınlaşıb. Bunu görən hakim Uesli Fofananın banan yeyib, enerji içkisi içməsinə şərait yaradıb. Və bu üzdən matçda təxminən 1 dəqiqəlik fasilə yaradıb. 

Qeyd edək ki, Premyer Liqa hakimləri müsəlman futbolçuların iftar etməsi üçün oyunlarda maksimum 1 dəqiqəlik fasilə verməklə bağlı razılığa gəlib.