“Lester” klubu ciddi itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, "tülkülər"in futbolçusu Harvi Barns zədələnib.
23 yaşlı yarımmüdafiəçi zədə səbəbindən mövsümün qalan hissəsini buraxmalı olacaq.
İngiltərə millisinin də formasını geyinən Barns zədə səbəbindən AÇ-2020-də iştirak edə bilməyəcək.