Xames Rodriqesin "Everton"dakı gələcəyi bəlli olub.
Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, 29 yaşlı vinger İngiltərə klubu ilə yeni müqavilə imzalamağa hazırlaşır. Kolumbiyalı futbolçunun müqaviləsi 2022-ci ildə başa çatsa da, Karlo Ançelotti onu daha bir il komandasında saxlamaq istəyir.
Qeyd edək ki, cari mövsüm "Everton"la 22 oyuna çıxan Xames, 6 qol vurub, 4 assistə imza atıb.