"Mançester Siti"nin aparıcı futbolçularından olan Riyad Mahrez klubdakı gələcəyi barədə danışıb.

Offsideplus.az 30 yaşlı yarımmüdafiəçinin "Goal"a verdiyi açıqlamanı təqdim edir: "Hələ ki, növbəti müqavilə haqda düşünməmişəm. İndiki halda onu deyə bilərəm ki, "Mançester Siti"də hər şey ürəyimcədir. Klub ürəyimcədir, burdakı insanlarla çalışmaq mənə zövq verir. Ən əsası, şəhəri çox bəyənirəm. İndi bütün diqqətimi komandamın uğurlarına yönəltmişəm. Ona görə də başqa heç nə haqda düşünmürəm".

Qeyd edək ki, "şəhərlilər"lə müqaviləsinin müddəti 2023-cü ilə qədər olan əlcəzairli futbolçu cari mövsümdə "Mançester Siti"nin heyətində meydana çıxdığı 43 qarşılaşmada 11 qol vurub, 7 məhsuldar ötürmə verib.