Bu mövsümün sonu "Mançester Siti"dən ayrılacaq Yaya Ture "Barselona"ya qayıtmağa müsbət baxır.
Offsideplus.az xəbər verir ki, bu barədə 34 yaşlı yarımmüdafiəçinin özü məlumat verib:
“Barselona”ya qayıdaram. Əgər məni çağırsalar, mütləq razılaşaram. “Barselona” dünyanın ən yaxşı komandasıdır. Lionel Messi və Andres İnyesta üçün darıxıram. “Barselona” həyatımdakı ən önəmli komanda idi. Onlar mənə təvazökarlığı, meydanda özümü necə aparmağı öyrətdilər".
Qeyd edək ki, Y.Ture 2007-2010-cu illərdə Kataloniya klubunda oynayıb.