"Mançester Siti" klubu "Fluminense"nin futbolçusu Kayki da Silvanı sıralarına qatıb.
Offsideplus.az xəbər verir ki, 17 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. O, mövsümün sonunda "şəhərlilər"in düşərgəsinə qoşulacaq.
"Mançester Siti"nin sözügedən forvard üçün 10.5 milyon funt sterlinq ödəyəcəyi bildirilir.