Almaniya millisi və "Siti"nin futbolçusu İlkay Gündoğan  UEFA Çempionlar Liqasının yeni formatını tənqid edib.

 Offsideplus.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında paylaşım edən 30 yaşlı yarımmüdafiəçi "oyunçular haqqında düşünən yoxdur?", - deyə üsyan edib.

 "Bütün bu Super Liqa məsələlərini bir qırağa qoyub, Çempionlar Liqasının yeni formatı barədə danışa bilərik? Getdikcə daha çox oyunlar keçirilik, futbolçuları düşünən  yoxdur? Çempionlar Liqasının yeni formatı Super Liqaya nəzərən iki qat pis olmaqdan bir az yaxşıdır".