Almaniya millisi və "Siti"nin futbolçusu İlkay Gündoğan UEFA Çempionlar Liqasının yeni formatını tənqid edib.
Offsideplus.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında paylaşım edən 30 yaşlı yarımmüdafiəçi "oyunçular haqqında düşünən yoxdur?", - deyə üsyan edib.
"Bütün bu Super Liqa məsələlərini bir qırağa qoyub, Çempionlar Liqasının yeni formatı barədə danışa bilərik? Getdikcə daha çox oyunlar keçirilik, futbolçuları düşünən yoxdur? Çempionlar Liqasının yeni formatı Super Liqaya nəzərən iki qat pis olmaqdan bir az yaxşıdır".
With all the Super League stuff going on... can we please also speak about the new Champions League format? More and more and more games, is no one thinking about us players?
— Ilkay Gündogan (@IlkayGuendogan) April 22, 2021
The new UCL format is just the lesser of the two evils in comparison to the Super League...