"Mançester Yunayted"in azarkeşləri etiraz aksiyası keçirib.

Offsideplus.az ESPN-ə istinadla xəbər verir ki, İngiltərə klubunun fanatları əsas komandanın məşq bazasının giriş qapılarını önündə toplaşaraq yolu bağlayıb. Bununla da onlar "qırmızı şeytanlar"ın Avropa Super Liqasına qoşulmaq istəyinə etiraz edib, həm də klubun səhmlərinin böyük hissəsinə sahib olan Qleyzerlər ailəsindən narazılığını bildiriblər. 

Fanatlar komandanın məşq etdiyi meydana daxil olaraq qleyzerləri istefaya səsləniblər. 

Qeyd edək ki, dünən klubun sahibi Coel Qleyzer klubun rəsmi saytı vasitəsilə Avropa Super Liqası ideyasını dəstəklədikləri üçün azarkeşlərdən üzr istəmişdi.