"Tottenhem"in baş məşqçisi Rayan Meyson adını Premyer Liqa tarixinə yazdırıb.

Offsideplus.az xəbər verir ki, dünən "Sauthempton"la oyuna (2:1) çıxan 29 yaşlı mütəxəssis İngiltərə Premyer Liqası tarixində ən gənc baş məşqçi olub. 

Qeyd edək ki, Meyson zədə səbəbindən 26 yaşında futbolçu karyerasını başa vurub. 2018-ci ildə “Holl Siti”nin heyətində “Çelsi” ilə görüşdə Hari Çellə toqquşan gənc mütəxəssiss sonradan karyerasını məşqçi kimi davam etdirib. Futbolçu karyerasına "Tottenhem" akademiyasında başlayan Rayan, elə həmin komandanın akademiyasında məşqçiliyə başlayıb.

Xatırladaq ki, mövsümün sonunadək komandanı çalışdıracaq Meyson, bir neçə gün öncə istefaya göndərilən Joze Mourinyonu əvəzləyib.