"Mançester Yunayted"in sahibi azarkeşlərə səslənib.
Offsideplus.az klub saytına istinadla xəbər verir ki, Coel Qleyzer komandasının Avropa Super Liqasına qoşulduğuna görə azarkeşlərdən üzr istəyib: "Mançester Yunayted" Super Liqanın yaradılmasında iştirak edən klublardan biri idi. Lakin biz rəsmi şəkildə ora üzv olmaqdan imtina etdiyimizi açıqladıq. Belə bir iddia ortaya atılandan sonra azarkeşlərimizdən güclü etiraz dalğası hiss etdik ki, dərhal geri çəkildik. Biz azarkeşlərimizə qulaq asdıq. Səhv etdik və indi də səhvimizi düzəltmək istədiyimizi sübut etməliyik. Fanatların dediklərindən dərs çıxarmalıyıq. "Mançester Yunayted" zəngin tarixə malik klubdur. Və son bir neçə gündə biz həmin tarixi narahat etdiyimizə görə hamınızdan üzr istəyirik. Bundan sonra buraxdığımız nöqsanın töküntülərini yığışdırmaqla məşğul olmalıyıq".
Qeyd edək ki, Qleyzer ailəsinin "qırmızı şeytanlar"la doğmalığı 2005-ci ilin mayın 13-dən - Malkom Qleyzer 1,47 milyard qarşılığında səhmlərin 50 faizindən artığına sahib çıxan gündən başlayıb.