"Arsenal"ın ulduzu Pyer-Emerik Obameyanq Tvitter hesabını silib.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı forvard bunu etmədən öncə qəribə "tvit" atıb:
"Tvitter üçün darıxmamışam. Yəni heç bir şey haqqında danışmamalıyıq? Təkcə futbol və Super Liqa? Koronavirus və ya onlayn istismar və irqçilikdən də danışmırıq? Yaxşı. Telefon işlətmədən xəstə yatarkən, indikindən daha yaxşı hiss edirdim. İcazənizlə bunu söndürürəm. Görüşərik".