"Lester" klubunun "Roma"dan icarəyə götürdüyü Çingiz Ündər mövsümün sonunda komandanı tərk edəcək.
Offsideplus.az xəbər verir ki, buna səbəb türkiyəli yarımmüdafiəçinin "tülkülər"in heyətində ondan gözlənilən performansı sərgiləyə bilməməsidir.
Onun yayda yenidən "canavarlar"ın düşərgəsinə qayıdacağı bildirilir.
Qeyd edək ki, 23 yaşlı türkiyəli futbolçu bu mövsüm "Lester" forması ilə çıxdığı 23 oyunda 2 qol vurub, 5 məhsuldar ötürmə verib.