"Norviç Siti" komandası tarixində növbəti dəfə İngiltərə Premyer Liqasına yüksəlib.

Offsideplus.az xəbər verir ki, "Suansi" ilə 2:2 və "Brentford"la 0:0 hesablı heç-heçənin ardından "Norviç Siti"nin Premyer Liqaya yüksəlməsi təsdiqlənib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Qeyd edək ki, turun bitməyinə 5 oyun qalmış "Norviç Siti" 90 xalla liderdir.