"Mançester Yunayted" ciddi itki ilə barışmağa məcburdur.
Komandanın aparıcı futbolçularından sayılan Antoni Marsial mövsümün sonuna qədər oynaya bilməyəcək.
Offsideplus.az "Sky Sports"a istinadla xəbər verir ki, bu barədə baş məşqçi Ole-Qunnar Sulşer məlumat verib. Norveçli çalışdırıcının sözlərinə görə, dizindən zədə alan Marsialın durumu yaxşı deyil və bu üzdən mövsümün sonuna qədər meydana çıxmaya bilər.
Qeyd edək ki, 25 yaşlı forvard DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Fransa ilə Qazaxıstan arasında baş tutan oyunda zədələnmişdi.