Bu mövsüm "Barselona"dakı performansı ilə diqqət çəkən Pedri "Liverpul"un hədəfindədir.

Offsideplus.az "Daily Mirror"a istinadən xəbər verir ki, "qırmızılar" 18 yaşlı forvard üçün rəsmi təklif göndərməyə hazırlaşır. Lakin Pedrini satmaq istəməyən "Barselona"nın futbolçuya 350 milyon avroluq məbləğ qoyduğu bildirilir.

Qeyd edək ki. Pedri bu mövsüm "Barselona" ilə çıxdığı 44 oyunda 3 qol vurub, 6 məhsuldar ötürmə verib.