"Mançester Yunayted"in "Vest Hem"ə icarəyə verdiyi Cessi Linqard bir çox klubların maraq dairəsindədir.
Offsideplus.az ESPN-ə istinadən xəbər verir ki, 28 yaşlı vinger performansı ilə Avropa nəhənglərinin diqqətini çəkib. Belə ki, İspaniyanın "Real", Fransanın PSJ və İtaliyanın "İnter" klubu Linqard ilə yaxından maraqlanır.
Bundan əlavə, "Vest Hem" də 2022-ci ilin yayına qədər "qırmızı şeytanlar"la müqaviləsi olan Cessini birbaşa transfer etmək istəyir.
Qeyd edək ki, Cessi Linqard bu mövsüm 9 oyuna çıxaraq, 8 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.