"Tottenhem" növbəti matçında "Mançester Yunayted"ə 1:3 hesabı ilə məğlub olmaqla Çempionlar Liqasına vəsiqə şansını bir az da çətinləşdirdi.
Və bu yenilgi londonluların cari mövsümdə 10-cu məğlubiyyəti kimi yadda qaldı.
Offsideplus.az xəbər verir ki, "Mançester Yunayted"ə yenilgi həm də Joze Mourinyonun karyerasına qara hərflərlə yazıldı. Belə ki, portuqaliya mütəxəssis indiyə qədər çalışdırdığı komandaların heç birində bir mövsümdə eyni yarışda heç vaxt 10 dəfə uduzmamışdı.
Qeyd edək ki, "Tottenhem" 31 turdan sonra topladığı 49 xalla 7-ci pillədə qərarlaşıb.