"Siti" Rahim Sterlinq və Fil Fodenlə müqavilənin müddətini uzatmağı planlaşdırır.
Offsideplus.az "Eurosport"a istinadən xəbər verir ki, "Şəhərlilər" cari mövsümün sonunadək futbolçuları ilə yeni müqaviləni imzalamağı düşnür.
Serxio Aquero komandanı tərk edəndən sonra "Siti" hücum xəttində boşluq buraxmaq niyyətində deyil. Klubun Foden və Sterlinqə yaxşılaşdırılmış şərtlər təklif etdiyi bildirilir.
Qeyd edək ki, Sterlinqlə müqavilə 2023-cü il, Fodenlə 2024-cü ilin yayında başa çatacaq.