Yayda "Mançester Siti" klubundan ayrılacağını açıqlayan Aqueronun hələ də hansı komandaya gedəcəyi sual altındadır.

Offsideplus.az xəbər verir ki, bu mövsüm davamlı zədə səbəbindən bütün turnirlər daxil olmaqla "şəhərlilər"in heyətində 14 oyuna çıxan və 3 qol vuran Aqueronun "Barselona"ya transfer ediləcəyi barədə xəbərlər yayılır.

İngiltərə təmsilçisində birlikdə oynadıqları keçmiş komanda yoldaşı Qael Klişi "Stadium Astro" kanalına verdiyi müsahibəsində Aqueronun oyun tərzi baxımından "Arsenal"a uyğun olduğunu düşündüyünü dilə gətirib:

"Onun oyun tərzinin "Arsenal"a uyğun olduğunu düşünürəm, ancaq ora gedəcəyini deyə bilmərəm. Aqueronun İspaniyaya gedəcəyinə əminəm".

Qeyd edək ki, 384 oyuna 257 qolla klub tarixinin ən çox qol vuran oyunçusu olan Aquero "Mançester Siti"nin heyətində 3 ölkə çempionluğu, 3 liqa kuboku və bir dəfə də federasiya kubokunun qalibi adını qazanıb.