Almaniya millisi və "Mançester Siti"nin türk əsilli futbolçusu İlkay Gündoğan gələcəyi barədə danışıb.

Offsideplus.az xəbər verir ki, Almaniya mətbuatına açıqlama verən 30 yaşlı forvard komandası və gələcək karyerasından söz açıb:

"Mançesterdə hələ iki illik müqaviləm var. Burada özümü evdəki kimi hiss edirəm və daha yaxşısı ağlıma gəlmir".

"Növbəti müqaviləm, çox güman ki, karyeramı başa vuracağım klubla olacaq", - deyə İngiltərə klubunda karyerasını bitirmək istədiyinə işarə göndərib.

Qeyd edək ki, Gündoğanın "şəhərlilər"lə anlaşması 2023-cü ildə başa çatır.