"Arsenal"ın müdafiəçisi David Luis bıçaq altına girib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı braziliyalı sağ dizindən uğurlu əməliyyat keçirib. Luisin yaşıl meydanlara qayıdacağı vaxt açıqlanmayıb.

Qeyd edək ki, David Luis bu mövsüm “Arsenal”la 29 oyunda 2 qol vurub.