"Arsenal"ın futbolçusu David Luiz sıradan çıxıb.
Offsideplus.az xəbər verir ki, bu barədə "topçular"ın baş məşqçisi Mikel Arteta "Liverpul"la oyundan (0:3) sonra baş tutan mətbuat konfransında açıqlama verib. 39 yaşlı mütəxəssis braziliyalı müdafiəçinin dizindən zədələndiyini bildirib.
Bir neçə həftəlik sıradan çıxan Luizin yaşıl meydanlara nə vaxt qayıdacağı hələ ki, bəlli deyil.