Jorjinyonun "Çelsi"dəki gələcəyinə aydınlıq gəlib.

İtalyan futbolçu karyerasını "zadəganlar"ın heyətində davam etdirəcək.

Offsideplus.az "Tuttomercato"ya istinadla xəbər verir ki, bu barədə futbolçunun agenti Joao Santos açıqlamasında bildirib: "Jorjinyonun "Çelsi" ilə daha 2 illik müqaviləsi var. O, bu il Avropa, gələn il dünya çempionatında çıxış etmək istəyir. "Çelsi"də qalacağı 100 faiz dəqiqdir. Qarşıdakı aylarda klub rəhbərliyi ilə yeni sözləşmə ilə bağlı görüşəcəyik". 

Qeyd edək ki, 29 yaşlı futbolçu 2018-in yayında "Napoli"dən "Çelsi"yə keçmişdi. Cari mövsümdə "Çelsi"nin heyətində 28 oyuna çıxaraq 7 qol vurub, 1 məhsuldar ötürmənin müəllifi olub.